Tramp: Bu biabırçılıqdı, bunun üçün Putinin pulunu kəsməliyik

15.11.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səkkiz müharibəni bitiridmim, yeganə olaraq hələlik bacara bilmədiyim Rusiya-Ukrayna müharibəsidir, amma onu da bitirəcəyəm.
Ölkə.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. 
Tramp qeyd edib ki,  digər müharibələr kimi Rusiya-Ukrayna müharibəsini də bitirəcəyimin asan olacağını düşündüm, amma düşündüyümdən çətin oldu.
"Mən daha asan olacağını düşündüm, çünki bir halda, 32 ildir davam edən bəzi müharibələrə son qoydum. Və mən bunu təxminən iki günə həll etdim. Bununla çox fəxr edirəm. Amma demək olar ki, müharibələrimiz bitdi. Bilirsiniz, mən bu qədər müharibə olduğunu bilmirdim" dedi.
Tramp əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi bitməlidir: "Bu baş verməməli idi. Bu, qan gölməçəsidir. İkinci Dünya Müharibəsindən bəri belə bir şey olmayıb. Ümid edirəm ki, bu, tezliklə baş verəcək. Biz onlara çox təzyiq edirik”.
Trampın sözlərinə görə, Rusiya neftindən imtina etməyə görə dünya ölkələrinə təzyiq edirk. “Bildiyiniz kimi hazırda Hindistana Rusiya neftindən imtina görə təzyiq edirik. Hindistan artıq layihədən çəkilməyə başlayır. Çünki Rusiya neft satdıqca müharibəni davam etdirmək üçün pulu olacaq.  Amma  biz buna imkan verməyəcəik. Bu biabırçılıqdır”, - Tramp qeyd edib.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью