Tramp bu dəfə gözünü Dünya Kubokuna dikdi: Geri verməyəcəyəm

25.08.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

FİFA prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampla görüşüb və ona Dünya Kubokunu təqdim edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp kubokdan çox təsirləndiyini bildirib və "Onu geri verməyəcəyik" deyə zarafat edib.

İnfantino Trampa simvolik matç bileti də hədiyyə edib.

Tramp kubokun qrup mərhələsinin püşkatmasının dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, milyonların gözlədiyi turnir iyunun 11-də başlayacaq.

Mikayıl


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью