Tramp bu dəfə onu təriflədi “Cəsur insandır, işləri çox yaxşı gedir”

25.06.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə müharibədəki mövqeyini müsbət qiymətləndirərək, Prezident Volodimir Zelenskinin hazırda çox yaxşı mövqedə olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Jurnalistin Zelenskinin qalib gəlib-gəlməməsi ilə bağlı sualını cavablandıran ABŞ Prezidenti qeyd edib ki, istənilən baxımdan Ukrayna lideri üçün işlər çox yaxşı gedir, o, özünü çox yaxşı aparır, möhkəm dayanır:

“Deməliyəm ki, o, cəsurdur, əla texnikası, əla insanları və döyüşçüləri var. Düşünürəm ki, çox yaxşı işlər görür”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью