Tramp bu gəlirlərini itirməyə razıdır Kuşner

20.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh tənzimlənməsi baş verəcəyi təqdirdə, Avropanın vəsaitləri hesabına Kiyevə Amerika silahlarının tədarükündən gələn gəlirləri itirməyə razıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner deyib.

"Silahlarla bağlı sualınıza gəldikdə, ümumilikdə Amerika iqtisadiyyatının ölçüsü ilə müqayisədə çox kiçik bir sənayedən danışırıq. Və dünya sülhü səbəbindən bu sənayenin iflasından daha çox prezident Trampı xoşbəxt edən heç nə olmazdı", - Kuşner Trampın ABŞ-ın Ukraynaya hərbi satışlardan əldə etdiyi gəliri itirməsi ehtimalından narahat olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью