Tramp bu gün Pentaqonu “Müharibə Nazirliyi” adlandıracaq FƏRMAN İMZALANACAQ | Icma.az
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp bu gün Pentaqonun adının dəyişdirilməsi ilə bağlı fərmanı imzalayacaq.
Turkustan.az xəbər verir ki, yeni qərara əsasən, indiyədək “Müdafiə Nazirliyi” kimi tanınan qurum tarixi adı olan “Müharibə Nazirliyi” (Department of War) titulunu yenidən daşıyacaq.
Bu addım barədə ilk məlumatı Fox News yayıb. ABŞ Müdafiə naziri Pet Hegseth sosial şəbəkədə paylaşıb: “Department of War”.
Onun sözlərinə görə, bu dəyişiklik hərbi idarənin “döyüş ruhunu” geri qaytarmaq məqsədi daşıyır.
Tramp administrasiyası hesab edir ki, bu addım simvolik olsa da, ölkənin milli təhlükəsizlik konsepsiyasını daha açıq və aydın şəkildə ifadə edəcək.
Prezidentin yaxın çevrəsi bildirir ki, rəsmi sənədlərdə və ictimai çıxışlarda “Müharibə Nazirliyi” ifadəsi artıq istifadə olunacaq.
Tarixi faktlara görə, ABŞ-da bu nazirlik 1789-cu ildən 1949-a qədər “Department of War” adı ilə fəaliyyət göstərib.
Tam oxu
Xəbəri oxu