Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür

27.05.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Bu barədə “The Wall Street Journal” Amerika administrasiyasındakı mənbələrə istinadən yazır.

Nəşrin mənbələrinə görə, məhdudiyyətlər bank sektoruna təsir etməyəcək. Mənbələr qeyd ediblər ki, müxtəlif variantlar müzakirə olunur. Onların sözlərinə görə, Amerika lideri bu məsələ ilə bağlı yekun qərar verməyib.

Eyni zamanda, başqa bir Amerika qəzeti “The New York Times” daha əvvəl yazıb ki, Tramp Vladimir Putinlə bu yaxınlarda telefon danışığından sonra Moskvaya təzyiq göstərmək və sərt iqtisadi sanksiyalar tətbiq etmək niyyətində olmadığını açıqlayıb.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью