Tramp bu ideyanı dəstəklədi Meloni

16.08.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp NATO üzvlüyü olmadan Ukrayna üçün təhlükəsizlik zəmanəti ideyasını dəstəkləyib.

Axar.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni deyib.

O bildirib ki, Tramp NATO-nun 5-ci maddəsinə bənzər, lakin Alyansa qoşulmadan Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasını dəstəkləyib.

Meloni vurğulayıb ki, bu məsələ Tramp və Putin arasında Ankoricdəki görüşün ən maraqlı xəbəri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью