Tramp bu media qurumlarını Ağ Evə buraxmayacaq

19.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp “CNN”, “MS NOW” və “Politico”-nun artıq Ağ Evə buraxılmayacağını bəyan edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Tramp hər üç kütləvi informasiya vasitəsini saxta xəbərlər və yalanlar dərc etməkdə ittiham edib. 

O, həmçinin qadağalara məruz qalmış media qurumlarının siyahısını genişləndirəcəyi ilə hədələyib. 

“CNN” buna cavab olaraq komandasını tam dəstəklədiyini və işləməyə davam edəcəyini bildirib.

Kanal qeyd edib ki, ABŞ Konstitusiyası hökumətin müdaxiləsi olmadan jurnalistlərin hakimiyyətin fəaliyyəti barədə məlumat vermək hüququnu müdafiə edir.
Mmümkün qadağa isə bu hüququn qanunsuz pozulması adlandırılıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью