Tramp bu məhsullara da rüsum tətbiq edir

15.04.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ idxal edilən əczaçılıq məhsullarına 25 % rüsum tətbiq edəcək.

Bunu Amerika Prezidenti Donald Tramp deyib.

“Biz artıq öz dərmanlarımızı istehsal etmirik. Dərman şirkətləri İrlandiyada, bir çox başqa yerlərdə, Çindədir. Mənim etməli olduğum tək şey tariflər tətbiq etməkdir. Biz bunu edəcəyik. Bu, avtomobillərlə etdiyimiz kimi olacaq”, - o qeyd edib.

Tramp əlavə edib ki, rüsumlar tezliklə tətbiq olunacaq.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью