Tramp bu məsələdə bizdən kömək istədi Ərdoğan

08.10.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən görüşündən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşündə Fələstindəki sülh prosesini müzakirə etdiyini və Trampın ondan HƏMAS ilə görüşərək onları razılığa salmasını xahiş edib .

ABŞ prezidenti Donald Trampla son telefon danışığının təfərrüatını verən Ərdoğan "Həm ABŞ-a səfərimiz zamanı, həm də son telefon danışığımız zamanı Trampa Fələstində həllin necə əldə oluna biləcəyini izah etdik. O, xüsusilə HƏMAS ilə görüşməyimizi və onları razılığa salmağımızı xahiş etdi. Bu mövzuda həmkarlarımızla tez əlaqə saxladıq" sözlərini deyib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью