Tramp bu məsələləri Konqresdə təqdim edəcək

05.03.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki çıxışında Rusiya-Ukrayna nizamlanması və Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı planları təqdim edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, prezident həmçinin Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi üçün ABŞ administrasiyasının göstərdiyi səylərə diqqət yetirəcək.

Qeyd edək ki, Tramp martın 4-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 5 mart, saat 05:00) Konqresdə çıxış edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью