Tramp: “Bu münaqişə bitməlidir”

15.11.2024

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün “çox səylə” çalışacağına söz verib

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün çox çalışacağına söz verib.

AYNA xəbər verir ki, bu barədə cümə axşamı Mar-a-Laqodakı malikanəsində keçirilən "Amerika Birinci Siyasət İnstitutu" təşkilatının qala gecəsində çıxış edərkən deyib.

“Biz Yaxın Şərqdəki vəziyyət üzərində işləyəcəyik, Rusiya və Ukrayna münaqişəsi üzərində çox çalışacağıq. Bu münaqişə bitməlidir. Üç gün ərzində minlərlə adamın öldürüldüyü xəbərlərini gördüm. Amma istər əsgərlər olsun, istərsə də şəhərlərdəki insanlar, biz buna son qoymalıyıü”, Tramp vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью