Tramp bu ölkə ilə ticarəti qadağan etdi

09.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı iqtisadi təzyiqləri kəskin şəkildə artıraraq bir sıra strateji məhsulların idxalına qadağa qoyub və dövlət satınalmalarında məhdudiyyətlər tətbiq edib.

Qərara əsasən, Kanadadan ABŞ-a spirtli içki, süd məhsulları və motosikletlərin gətirilməsi rəsmən qadağan edilib. Bununla yanaşı, ABŞ-ın müvafiq qurumlarına Kanada istehsalı olan məhsulları illik 50 milyard dollar dəyərində olan dövlət satınalma planlarından tamamilə çıxarmaq tapşırılıb.

Vaşinqtonun bu addımı iki ölkə arasında ticarət gərginliyini kəskin şəkildə alovlandıraraq Kanada iqtisadiyyatına ciddi zərbə vurmaq məqsədi daşıyır. Yeni sanksiyaların ikitərəfli ticarət dövriyyəsinə və diplomatik münasibətlərə necə təsir göstərəcəyi yaxın günlərdə aydınlaşacaq. Pepperoni pizza

 Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью