Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edən fərman imzalayıb.
Sfera.az xəbər verir ki, o bu qərarı özünün “TruthSocial” sosial şəbəkəsində elan edib. Ağ Evin saytında da ətraflı press-reliz dərc olunub.
Məlumata görə, ölkələrin siyahısı ABŞ Dövlət Departamentinin yanvar ayından bəri apardığı təhlilə əsaslanır.
Ümumilikdə, 12 ölkə tam, yeddi ölkə isə qismən qadağaya məruz qalıb.
Tam qadağa Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmənin vətəndaşlarına şamil edilir.
ABŞ-nin qanuni daimi sakinləri və etibarlı viza sahibləri üçün istisnalar var.
Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına isə qismən qadağa qoyulub.