Tramp bu ölkələrə narahat olmamağı məsləhət gördü

22.11.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin "yeni müharibə" axtarmadığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, KİV-ə müsahibəsində deyib. 

"Müharibə dayandırılacaq. Putin yeni müharibə axtarmır", - deyə Tramp Avropa liderlərinin Rusiyanın Baltikyanı ölkələr və Avropanın digər hissələri üçün gələcəkdə təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqlarına cavab olaraq bildirib.

Amerika lideri əmindir ki, Litva, Latviya və Estoniyanın "narahat olmağa heç bir səbəbi yoxdur", çünki "Ukrayna münaqişəsi həll olunacaq".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью