Tramp bu ölkəni hədələdi: seçiləcəyi təqdirdə...

05.11.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

ABŞ-da prezident seçkiləri ərəfəsində Respublikaçı namizəd Donald Tramp Meksikanın qeyri-qanuni mühacirlərin ABŞ-a girişinin qarşısını ala bilmədiyi təqdirdə 25 faiz gömrük rüsumu tətbiq edəcəyini bildirib.

Publika.az xəbər verir ki, Şimali Karolinadakı kampaniya mitinqində çıxış edən Tramp ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biri olan Meksikanı təhdid edib.

O, Meksikadan ABŞ-a qeyri-qanuni miqrasiyanın qarşısının alınması lazım olduğunu vurğulayıb: "İlk çağırışlarımdan biri Meksikaya olacaq; insanların sərhədlərimizə girməsinə icazə verməyin".

Tramp bildirib ki, prezident seçiləcəyi təqdirdə tarif planının işləmək şansı 100 faizdir: “Əgər bu işə yaramasa, 50, o da olmasa 75 faiz edəcəyəm".

Bir çox iqtisadçı Trampın təhdidlərlə bəyan etdiyi tariflərin əks effekt verəcəyini düşünür.

Xatırladaq ki, 2016-cı ildə prezidentlik yarışı zamanı Tramp ABŞ-Meksika sərhədində divar çəkəcəyini və bunun əvəzini Meksikanın ödəyəcəyini vəd etsə də, bunu yerinə yetirməyib.

Roza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью