Tramp bu tarixdə Fransaya gedir

03.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 7-də Parisə səfər edəcək və burada Notr-Dam kilsəsinin rekonstruksiyasından sonra açılış mərasimində iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Şənbə günü möhtəşəm, tarixi Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə, Fransaya səfər edəcəyimi elan etməkdən şərəf duyuram. Hər kəs üçün xüsusi bir gün olacaq”, - Tramp bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью