Tramp bu tarixə qədər hakimiyyətdə qala bilər

30.03.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Amerika lideri Donald Tramp istəsə, uzun illər hakimiyyətdə qalacaq. Birləşmiş Ştatların Konstitusiyasına 22-ci düzəliş buna imkan verir”.

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “Daily Mail” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir: “Bu, Donald Trampa məhdudiyyətlərdən qaçmağa imkan verəcək 22-ci düzəlişdir. Namizəd iki müddətdən artıq, ardıcıl qaydada prezident postunu tuta biləcək. Trampın vitse-prezident vəzifəsinə namizəd olmaq imkanı var. ABŞ-nin növbəti seçilən prezidenti razılaşma əsasında istefa verəcək və hazırkı Amerika lideri bundan sonra yenidən vəzifəyə qayıda bilər”.

“Trampın üçüncü müddətə və potensial olaraq 2037-ci ilin yanvarına qədər, 90 yaşı tamam olanda isə dördüncü müddətə prezident olmaq ehtimalı təkcə mümkün deyil, həm də asandır”, - xəbərdə qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью