Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 3 iyul, AZƏRTAC
Bu, təkcə İranla müharibə deyil. Həm də İranın nüvə silahından imtinasıdır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib.
"Onların nüvə silahına sahib olmasına icazə vermək olmaz", - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp ABŞ-nin Hörmüz boğazına qarşı blokadasının heç bir halda pozulmadığını əlavə edib. Onun sözlərinə görə, blokada zamanı bir gəmi belə, İrana keçməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton