Tramp bu vəzifədə ömürlük qala bilər

23.01.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İstəsəm ömürlük Sülh Şurasının sədri qala bilərəm”.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

O, ikinci prezidentlik müddətindən sonra da, hətta ömürlük Sülh Şurasının sədri olaraq qalmağa etiraz etmədiyini bildirib:

“Əgər istəsəm, buna haqqım var. Nəticədə, mən özüm qərar verəcəyəm”. 

Tramp həmçinin başqalarının onun bu vəzifədə qalmasını istədiyini qeyd edib.

“Sülh Şurasının Nizamnaməsi”nə əsasən, sədr yalnız könüllü şəkildə və ya əlillik halında istefa verə bilər.  

Bununla yanaşı, ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin Sülh Şurasının maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların ayrıla biləcəyi ilə bağlı fikrini şərh edib: “O, Sülh Şurasına daxil olmaq və öz pullarından istifadə edərək 1 milyard dollar məbləğində töhfə vermək niyyətindədir. Əgər o, öz pullarından istifadə edirsə - bu əladır”.

Qeyd edək ki, ötən gün Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью