Tramp: Bu vəziyyət bir daha təkrarlanmayacaq

15.04.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 15 aprel, AZƏRTAC

Çin Hörmüz boğazını birdəfəlik açdığım üçün çox xoşbəxtdir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, bu addımı həm Çin, həm də dünya üçün atıb.

“Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməmək barədə razılığa gəliblər. Prezident Si bir neçə həftə sonra ora gedəndə məni bərk qucaqlayacaq. Biz birlikdə ağıllı şəkildə və çox yaxşı işləyirik! Bu döyüşməkdən daha yaxşı deyilmi? Lakin, əgər lazım gələrsə, biz döyüşməkdə də hər kəsdən çox yaxşıyıq”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью