Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp indiyə qədər 37 dəfə İranla razılaşmanın tezliklə əldə ediləcəyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, bunu Trampın açıqlamalarını izləyən “CNN” kanalı dərc edib.
CNN qeyd edir ki, ilk belə açıqlama 23 martda, ən sonuncusu isə dünən - 8 iyunda verilib. Dünən ABŞ Prezidenti iki həftə ərzində iranla razılaşmanın bağlana biləcəyini deyib.
Bu açıqlamalar sosial mediada, ictimai çıxışlarda və mediaya müsahibələrdə verilib. Onlarda Tramp ya razılaşmanın qaçılmaz olduğunu iddia edib, ya da İranın razılaşmanın bağlanmasında maraqlı olduğunu bildirib.
Kanal həmçinin bu açıqlamaları şübhə altına alaraq, onların bazarlara təsir göstərmək cəhdləri və ya vəziyyətin həddindən artıq nikbin qiymətləndirilməsi ilə əlaqəli ola biləcəyini qeyd edib.
Məlum olduğu kimi, çoxsaylı vədlərə və açıqlamalara rəğmən, Vaşinqton və Tehran arasında hələlik heç bir yekun razılaşma yoxdur.
“AzPolitika.info”