Tramp: “Bunu bir saata edə bilərik

03.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin İrandakı Pikaks dağına zərbə endirmə ehtimalı var. 

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Biz onların bütün nüvə potensialını bombaladıq. Pikaks dağına hücum etməli ola bilərik, amma bu, problem deyil. Bunu bir saata edə bilərik", - Tramp “Fox News”-a bildirib.

Xatırladaq ki, 10 sentyabrda Donald Tramp ABŞ-ın İranın Pikaks dağı ərazisində bəzi "kiçik fəaliyyət" aşkar etdiyini bildirib. Daha əvvəl də Amerika Prezidenti ABŞ-ın tezliklə dağa zərbə endirə biləcəyini bildirmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın Pikaks dağında nüvə ilə bağlı heç bir fəaliyyət göstərmədiyini bildirərək ABŞ-nin iddialarını təkzib edib.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrandakı hədəflərə zərbə endirməyə başlayıblar və İran cavab zərbələri ilə cavab verib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalayıblar, lakin münaqişə tam həll olunmayıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью