Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
“ABŞ Prezidenti Donald Trampla protokol çərçivəsində birgə şəkil çəkdirmək daxili PR baxımından vacibdir. Lakin bu, Davosda Ermənistanın baş naziri ilə Tramp arasında görüşün olmaması faktını ört-basdır etmək üçündür”.
Avtosfer.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Suren Sərkisyan deyib.
O qeyd edib ki, Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdiyi halda Ermənistanın baş naziri ilə təkbətək görüşməməsi anlaşılmazdır.
S.Sərkisyanın sözlərinə görə, ABŞ adətən regional balansı qorumağa çalışır:
“Tramp və Əliyev görüş zamanı TRIPP təşəbbüsünü də müzakirə ediblər. Davos İqtisadi Forumu çərçivəsində Tramp cəmi iki liderlə ikitərəfli görüş keçirib — Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə”./global.info
Oxunub 0