Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tramp tərəfindən dəstəklənən Ukrayna-Rusiya təklifi sonda müharibə edən ölkələr arasında davamlı sülhə gətirib çıxaracaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Fox News”-a verdiyi müsahibədə bildirib.
"Tanqo üçün həmişə iki nəfər lazımdır, amma hər şey bir planla başlayır. Hər şey Pakistan, Hindistan, Qəzza münaqişələrini, İranın nüvə potensialını bitirən, Ermənistan və Azərbaycan arasında sülh əldə edən Prezident Trampdan başlayır", - Rutte deyib.
NATO baş katibinin sözlərinə görə, ABŞ Prezidenti həqiqətən bütün dünyada sülh üçün çalışır:
"Bu, çətin bir vəzifədir. O, bunun ən asanlarından biri olacağını dedi. Bu fikir doğru deyil. Bu, ən çətin vəzifələrdən biridir, amma əminəm ki, biz buna nail ola bilərik", - Rutte deyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin