Tramp bunu deməyib! Tuskdan sərt etiraz

22.05.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşanın Baş naziri Donald Tusk amerikalı həmkarı Donald Trampın Avropa liderlərinə son dediklərini təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Onet yazıb.

“Tramp liderlərlə danışıq zamanı Rusiya Prezidenti Vladimir Putinin qələbəyə doğru irəlilədiyini, yaxud Ukrayna məsələsinə qarışmamaq niyyətini deməyib. Amma vəziyyətin çətin olduğunu təsdiq edirəm. Çünki Rusiyanın müharibəni tez dayandırmaq və sülh danışıqlarına başlamaq fikri yoxdur”, – Tusk bildirib.

Baş nazir Avropa liderləri ilə Donald Tramp arasında telefon danışığında iştirak etmədiyini də əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью