Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tramp İranı cilovlamaq və nəzarətdə saxlamaq üçün Türkiyə və Azərbaycana arxalanacaq”.
Amerikanın Stratfor kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orun səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.
Bəs görəsən, səsləndirilən bu fikirlər nə dərəcədə realdır? ABŞ İranı cilovlamaq üçün Azərbaycan və Türkiyədən istifadə edə bilərmi?
Ümumiyyətlə, Bakı və Ankaranın buna münasibəti necə olacaq? Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, bu mərkəzdə
Boş yerə belə bir məlumat yayılmaz: “Görünür ABŞ hökumətində belə bir niyyət mövcuddur.
Ancaq həmin niyyətin hansı şərtlər əsasında həyata keçiriləcəyi sual altındadır.
Çünki həm Azərbaycan, həm də Türkiyə ayrı-ayrılıqda regionda böyük güc mərkəzidir.