Tramp bütün dövlət qurumlarında bu şöbəni bağladı

22.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp federal hökumət qurumlarının nəzdində fəaliyyət göstərən fərqlilik, bərabərlik və inklüzivlik şöbələrinin bütün işçilərini ödənişli əsaslarda məzuniyyətə göndərən fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Ştatların federal qurumlarının rəhbərlərinə və rəhbər vəzifələrini icra edən şəxslərə göndərilmiş memorandumda deyilir.

“Biz bütün federal qurumlarda olan DEİ (fərqlilik, bərabərlik və inklüzivlik) üzrə şöbələrin bağlanması və DEİ (əməkdaşları) ilə bağlanmış müqavilələrə xitam verilməsi istiqamətində ölçülər qəbul edirik. Bu proqramlar amerikalıları irqi mənsubiyyətlərinə görə ayırırdı və beləcə vergi ödəyicilərinin dollarları boşuna havaya uçurulurdu və əslində rüsvayçı ayrıseçkiliyə xidmət edirdi”, - qurum rəhbərlərinə göndərilmiş məktubda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью