Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
“Qəzza ilə bağlı sülh prosesinin içində olmaq böyük şərəfdir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib. O bildirib ki, bu məqsəd üçün bütün dünya birləşdi.
“Düzünü desəm, o qədər ölkə var və ağlınıza belə gəlməzdi ki, onlar bir araya gələrlər. Dünya bu sövdələşmə ətrafında birləşdi və mən deyərdim ki, bu olmasaydı, sövdələşmə olmazdı. Ağlınıza gəlməyəcək qədər çox ölkə öz xoş niyyətlərini və lazım olan hər şeyi etməyə hazır olduqlarını bildirdilər. Bu Qəzzadan daha çox Yaxın Şərqdə sülh deməkdir”,- deyə ABŞ Prezidenti vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton