Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tramp bütün dünyaya iqtisadi müharibə elan edib.
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Ağ Ev rəhbərinin bütün ölkələrə tətbiq edilən vergi rüsumlarının artırılması hələlik bunun pik nöqtəsi oldu:
"Bu, bütün dünyanın iqtisadi tarazlığını pozacaq hadisədir".
Azər Qasımov onu da deyib ki, Tramp hələlik dediklərinin heç birinə nail olmayıb:
"Tək Panama körfəzini Amerika körfəzi elan etməkdən başqa. Təbii ki, bir müddət də gözləmək lazımdır. Trampın İrana qarşı da hədələri ən yüksək pərdədən səslənir. Ona görə bir neçə ay da gözləmək lazımdır. Ondan sonra konkret nəticələrdən danışmaq olar".
Süleyman