Tramp: Bütün girovlar şənbə gününə qədər azad edilməlidir, yoxsa “cəhənnəm başlayacaq”

11.02.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident Donald Tramp bazar ertəsi İsraili HƏMAS ilə atəşkəs razılaşmasını ləğv etməyə və HƏMAS Qəzzada saxlanılan girovları şənbə günü günortadan sonra qaytarmasa, “cəhənnəmə çevirməyə” çağırıb.

Bizimyol.info xəbər verir ki, bazar ertəsi, fevralın 10-da Həmas İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edərək, şənbə gününə planlaşdırılan növbəti girovların azad edilməsini “sonrakı xəbərdarlığa qədər” təxirə salmaqla hədələmişdi.

"Mənim üçün şənbə günü saat 12-yə qədər bütün girovlar qaytarılmasa - məncə, uyğun vaxtdır - deyərdim ki, razılaşmanı ləğv edin, sonra hər şey mümkündür və bütün cəhənnəm başlasın", - deyə prezident sərəncamları imzaladıqdan sonra Oval kabinetdə jurnalistlərə bildirib.

"Deyərdim ki, şənbə günü saat 12-yə qədər qaytarılsınlar, qaytarılmayacaqsa – hamısı, qrup-qrup yox, iki-iki, bir, üç, dörd, iki də olsun. Şənbə günü saat 12-yə qədər imkan var və ondan sonra deyərdim ki, əsl cəhənnəm başlayacaq.

Qəzzada "bütün bu cəhənnəm"in nə demək ola biləcəyi ilə bağlı sualı cavablandıran Tramp: “Siz də biləcəksiniz, onlar da biləcəklər – HƏMAS nə demək istədiyimi biləcək”, - deyə bildirib.

"Mən öz adımdan danışıram. İsrail bunu ləğv edə bilər, amma mən şənbə günü saat 12-də öz adımdan danışıram və onar azad edilməsələr olmasalar - onları saxlayanlar da qalmayacaqlar, cəhənnəm başlayacaq", - deyə əlavə edib.

Tramp jurnalistlərə açıqlamasında bir çox girovların onları azad etməməyin səbəbi kimi sağ olduqlarına şübhə ilə yanaşdığını bildirib: “Düşünürəm ki, girovların çoxu ölüb”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью