Tramp: Bütün Yaxın Şərqin İbrahim razılaşmaları na qoşulması vacibdir

07.08.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə olan bütün ölkələrin “İbrahim razılaşmaları”na qoşulmasının vacib olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu barədə özünün Truth Social hesabında yazıb

“İndi İran tərəfindən yaradılan nüvə arsenalı tamamilə məhv edilib. Mənim üçün bütün Yaxın Şərq ölkələrinin "İbrahim razılaşmaları"na qoşulması çox vacibdir. Bu Yaxın Şərqdə sülhün təmin olunmasını təmin edəcək”, - ABŞ lideri qeyd edib.

Qeyd edək ki, “İbrahim razılaşmaları” İsrail və bir neçə Körfəz ölkələri arasında imzalanan sülh müqaviləsidir.

Hazırda daha bir neçə ölkənin də bu razılaşmalara qoşulması beynəlxalq mediada müzakirə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью