Tramp: Cənubi Afrika Respublikası artıq G20 də olmamalıdır

06.11.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 6 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının dünyanın inkişaf etmiş iqtisadiyyatlarını birləşdirən G20-də olmamalı olduğunu deyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Amerika Biznes Forumunda çıxışı zamanı bildirib. O, bu ayın sonunda Yohannesburqda keçiriləcək dünya liderlərinin illik G20 sammitində iştirak etməyəcəyini bir daha təkrarlayıb. “Cənubi Afrika artıq G20-də olmamalıdır, çünki orada çox pis şeylər baş verir”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью