Tramp Cənubi Afrikadakı bütün investisiyaları dondurdu

27.11.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial media səhifəsində ölkəsinin Cənubi Afrika Respublikasına (CAR) bütün subsidiyalarının dərhal dayandırılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp CAR-ın heç bir beynəlxalq kluba üzvlüyə layiq olmadığını deyib: "Biz Cənubi Afrikaya verilən bütün subsidiyaları dərhal dayandıracağıq".

Bu, Amerika liderinin Cənubi Afrikanın G20-yə sədrliyi ABŞ-yə təhvil verməkdən imtinasına cavabı kimi qiymətləndirilir. Tramp həmçinin Cənubi Afrikanı 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitində iştirak hüququndan məhrum etməklə hədələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью