Icma.az bildirir, Sia Az portalına istinadən.
ABŞ, Çin və Rusiya arasında nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı razılaşmaların əldə edilməsi çox çətindir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşdən sonra Vaşinqtona qayıdarkən bildirib .
Ağ Ev rəhbəri üç dövlətin nüvə arsenalının məhdudlaşdırılması perspektivinə müsbət yanaşdığını bildirib. Eyni zamanda, Tramp konkret razılaşmaların əldə edilməsinin mürəkkəb danışıqlar tələb edəcəyini etiraf edib.
"Mənə (nüvə arsenalının məhdudlaşdırılması - red.) ideyasının özü xoşuma gəlir, amma sırf danışıqlar baxımından prezident kimi buna nail olmaq çox çətin olacaq", - deyə Amerika lideri bildirib.
Çətinlikləri etiraf etməsinə baxmayaraq, Tramp ABŞ-ın nüvə silahlarına nəzarət məsələsində Çin və Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini açıq şəkildə bildirdi. Xatırladaq ki, ABŞ, Çin və Rusiya liderlərinin ilk üçtərəfli görüşü
19 noyabrda Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində baş tutdu . Zirvə görüşünün mövzularından biri beynəlxalq təhlükəsizlik və nüvə arsenalına nəzarət idi.
Danışıqlardan sonra ABŞ, Çin və Rusiya liderləri birgə Sülh Bəyannaməsi qəbul etdilər . Lakin sənəddə nə Rusiyanın Ukraynaya qarşı müharibəsindən, nə də ABŞ-ın İrana qarşı müharibəsindən bəhs edilmir.