Tramp: Çin ABŞ la sövdələşmə istəyir, Pekindən zəng gözləyirik

08.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çinin əlavə rüsumlarla bağlı danışıqlar aparmaq istədiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşımında bildirib.

Tramp qeyd edib ki, Çin ABŞ-la böyük sövdələşmə istəyir, lakin onlar bu prosesə necə başlayacaqlarını bilmirlər.

"Çin sövdələşməni çox istəyir, amma buna necə başlayacağını bilmirlər. Biz Çindən zəng gözləyirik. Bu baş verəcək", - ABŞ Prezidenti vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью