Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşündə Honq-Konqda 20 il həbs cəzasına məhkum edilmiş media maqnatı Cimmi Layın məsələsini müzakirə etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə jurnalistlərə açıqlamasında Honq-Konqda fəaliyyət göstərmiş “Apple Daily” qəzetinin təsisçisi Cimmi Layın işi barədə danışıb.
Lay “üsyanı qızışdırmaq” və “xarici qüvvələrlə əməkdaşlıq” ittihamları ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Trampdan Çinin dövlət başçısı Si Cinpinin Vaşinqtona üç günlük rəsmi səfəri zamanı Layın azadlığa buraxılması məsələsinin müzakirə olunub-olunmadığı soruşulub.
“Danışdıq və düşünürəm ki, olduqca vacib müzakirələr apardıq. Ümid edirəm ki, bu müzakirələr məhsuldar olub”, - deyə, Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az