Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfərindən sonra Vaşinqton və Pekin arasında münasibətlərin uğurla inkişaf edəcəyinə ümid etdiyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb. “Çin Xalq Respublikasının sədri Si Cinpinə məni hava limanında şəxsən qarşıladığına və Çin tərəfinə xüsusi qarşılanmaya görə təşəkkür etmək istəyirəm. Böyük Çinə yenidən səfər etməkdən çox məmnunam”-Tramp belə deyib. Qeyd edək ki, Çin prezidenti Si Cinpin Şençjen hava limanında Donald Trampı şəxsən qarşılayıb. Görüş zamanı liderlər qucaqlaşıb və əl sıxıblar.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin