Tramp Çin liderinin tariflərlə bağlı ona zəng etdiyini bildirib

25.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ona zəng edib.

APA xəbər verir ki, bu barədə o, “TIME” a müsahibəsində deyib.

Donald Tramp Çin liderinin tariflərlə bağlı onunla əlaqə saxladığını və administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib: "Mən bunun onun adından zəiflik əlaməti olduğunu düşünmürəm”.

O, növbəti üç-dörd həftə ərzində tam sövdələşmələr cədvəlinin açıqlanacağını gözlədiyini bildirib.

Tramp hələ də tariflərin zəruri olduğuna əmin olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью