Tramp Çin liderinin xahişindən danışıb: “Si Cinpin mənə dedi ki...”

22.01.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

"Mən əvvəllər koronavirusa Çin virusu deyirdim”

Çin Xalq Respublikasının (ÇXR) lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampdan COVID-19 ilə bağlı "Çin virusu" ifadəsini istifadə etməməsini xahiş edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Mən əvvəllər koronavirusa Çin virusu deyirdim, amma Si Cinpin dedi: "Sizcə, başqa bir ad istifadə edə bilərsinizmi?". Və mən də bunu etməyə qərar verdim, çünki niyə bunun üçün problem yaratmalıyıq?", Tramp qeyd edib.

Davosdakı çıxışı zamanı Amerika lideri həmçinin Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə əla münasibətlərinin olduğunu qeyd edib. O Çin liderini "inanılmaz bir insan" adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью