Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin təklifinə dəstək olaraq, müharibədən sonra Ukraynada Çin hərbçilərinin sülhməramlı kimi yerləşdiriləbiləcəyini təklif edib.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
Məlumata görə, Tramp bu fikri Avropa liderləri və Ukrayna prezidenti ilə görüşdə irəli sürüb, 1300 km-lik cəbhə xəttində neytral zonanın monitorinqi üçün Çin sülhməramlılarının mümkünlüyünü müzakirə edib.
Lakin Ağ Ev rəsmisi bu xəbəri “yalan” adlandırıb və belə bir müzakirənin olmadığını bildirib.