Tramp: Çin Ukrayna böhranının həllinə kömək edə bilər

14.02.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


ABŞ Prezidenti Donald Tramp Çinin Ukrayna böhranının həllində rol oynaya biləcəyinə inanır. O, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə Vaşinqtonda görüşündən sonra birgə mətbuat konfransında danışıb.
Reyting.az
-ın məlumatına görə, Tramp deyib ki, Çin dünya səhnəsində çox vacib oyunçudur.
“Düşünürəm ki, onlar bizə Ukrayna və Rusiya arasındakı münaqişəni sona çatdırmaqda kömək edə bilərlər”, - deyən Tramp ümid edir ki, Çin, Hindistan, Rusiya, ABŞ - hamısi anlaşa bilər. "Bu, çox vacibdir", - Tramp vurğulayıb. Eyni zamanda o, COVID-19 pandemiyasından əvvəlki dövrdə Çin sədri Si Cinpinlə münasibətlərinin “çox yaxşı” inkişaf etdiyini söyləyib.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью