Tramp Çin və ABŞ arasında münasibətlərin yaxşılaşdığını bildirib

08.07.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

ABŞ və Çin arasında münasibətlər son vaxtlar yaxşılaşıb və Pekin ticarət sahəsində Vaşinqtona qarşı ədalətli davranır.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə iclas zamanı deyib.

"Demək istəyirəm ki, bizim Çinlə son vaxtlar həqiqətən yaxşı münasibətimiz olub, onlarla çox yaxşı anlaşırıq. Onlar bizim ticarət müqaviləmizə münasibətdə çox ədalətli olublar. Ümid edirəm ki, bizim əla münasibətlərimiz olacaq", - deyə Amerika lideri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью