Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 14 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp gələn həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri jurnalistlərə məlumat veriblər.
Rəsmilərin sözlərinə görə, ABŞ, Çin və Rusiya liderlərinin ilk dəfə keçiriləcək üçtərəfli görüşünün əsas mövzusu nüvə silahlarının ləğvi olacaq. Tərəflərin İran məsələsini də müzakirə edəcəyi gözlənilir.
Bununla yanaşı, Donald Trampın görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilir.
ABŞ rəsmiləri görüşün konkret razılaşma ilə nəticələnəcəyini gözləmədiklərini, danışıqları nüvə tərksilahı məsələsində ilkin müzakirə kimi qiymətləndirdiklərini qeyd ediblər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton