Tramp cinayətkar mühacirlərin vətəndaşlığını ləğv etməklə hədələyib

01.12.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp cinayət törətməkdə təqsirli bilinən mühacirlərin ABŞ vətəndaşlığının ləğv edilə biləcəyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bunu Floridadan Vaşinqtona uçan prezident təyyarəsində jurnalistlərlə söhbəti zamanı deyib.

“Əgər cinayətkarlar ölkəmizə gəlib ABŞ-ın 46-cı prezidenti Co Bayden və ya nə etdiklərini bilməyən başqa biri tərəfindən vətəndaşlıq alıblarsa, mənim səlahiyyətim olsaydı, onların vətəndaşlığını tamamilə ləğv edərdim”, – Tramp bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью