Tramp Çində mürgüləməyib Ağ Evdən AÇIQLAMA

19.11.2026

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçirilən İqtisadi Liderlərin Plenar Sessiyası zamanı qısa müddətə mürgüləməsi ilə bağlı mediada yayılan məlumatlar təkzib edilib.

SİA xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun X-də yazıb. "Yalan! Prezident Tramp digər şəxslərin çıxışı zamanı qarşısındakı sənədlərə baxırdı. Onun göz hərəkətləri aydın görünür. Buna görə də insanlar mediaya bu qədər nifrət edirlər. Onlar həmişə yalan danışırlar", - deyə o, X-də yazıb.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью