Tramp Çindən asılılığı azaltmaq üçün fərman imzaladı

21.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp faydalı qazıntıların artırılmasına dair fərmanı milli təhlükəsizlik düşüncəsi ilə imzalayıb.

Bu barədə Oxu.Az "Financial Times" nəşrinə istinadla xəbər verir.

Ağ Evdə çıxış edən D.Tramp deyib ki, onun fərmanı nadir torpaq metalları da daxil olmaqla, kritik vacib mineralların istehsalının kəskin artımına gətirib çıxaracaq.

Bu qərarın məqsədi Çindən resurs idxalından asılılığı azaltmaqdır.

Hökumətin məlumatına görə, ABŞ ən azı 15 növ faydalı qazıntının idxalından asılıdır, bununla yanaşı, nadir torpaq metallarının 70 faizi Çindən alınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью