Tramp Çinə bu halda güzəştə gedə bilər Ağ Ev

09.05.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çin üçün tarif dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil, Pekindən güzəştlər lazımdır.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə bildirib.

"Prezident Çinə birtərəfli qaydada tarifləri aşağı salmaq niyyətində olmadığına dair mövqeyini saxlamaqda davam edir. Biz onlardan güzəştlər görməliyik”, - Levitt söyləyib.

Qeyd edək ki, ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi ümumi tariflər hazırda 145%-ə çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью