Tramp Çinə bu tarixdə gedəcək Açıqladı

13.02.2026

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ Prezidenti Donald Tramp aprel ayında Çinə səfər etmək niyyətini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlətə verdiyi açıqlamada bildirib.
Amerika Prezidenti əlavə edib ki, Çin Prezidenti Si Cinpin daha sonra ABŞ-yə cavab səfəri edəcək.
“Aprel ayında Prezident Si Cinpini ziyarət edəcəyəm. Mən bunu səbirsizliklə gözləyirəm. Bu ilin sonlarında isə o bizi ziyarətə gələcək və mən bunu da səbirsizliklə gözləyirəm”, - Tramp qeyd edib.
Tramp həmçinin qeyd edib ki, ABŞ-Çin münasibətləri, eləcə də Çin lideri ilə şəxsi münasibətləri hazırda əla vəziyyətdədir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью