Tramp Çinə qarşı tətbiq etdiyi tarifləri azaldacaq?

10.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"ABŞ Prezidenti Donald Tramp Çin üçün tarif dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil, Pekin güzəştə getməlidir".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt brifinqdə deyib.

"Prezident Çinə tətbiq olunan tarifləri birtərəfli qaydada aşağı salmaq niyyətində olmadığına dair mövqeyini saxlamaqda davam edir. Biz onların güzəştə getdiyini görməliyik", - Levitt Trampın Çinə idxal rüsumlarının 80%-ə endirilməsinin mümkün olduğu barədə "Truth Social" sosial şəbəkəsindəki paylaşımını şərh edərkən bildirib.

Qeyd edək ki, ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi ümumi tariflər hazırda 145%-ə çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью